Hədəfi artan bölgə klubu "Xəzər Lənkəran"ın yetirməsi ilə gücləndi

8 İyul 2022 22:20 I Divizion 1 776
Hədəfi artan bölgə klubu "Xəzər Lənkəran"ın yetirməsi ilə gücləndi

Yeni mövsümlə bağlı hazırlıqlara hələ start verməyən "Zaqatala" transfer çalışmalarını davam etdirir.

Qarşıdakı sezon Birinci Divizionda çempion olub, Premyer Liqaya yüksəlməyi qarşısına hədəf qoyan bölgə klubunun Tarek Zubirlə anlaşdığını və bir neçə legionerlə danışıqlar apardığını xəbər vermişdik.

Baş məşqçi Rüstəm Əliyev "yerli bazar"da da axtarışlarını davam etdirir. Artıq gənc mütəxəssisin istədiyi ilk yerli transfer də reallaşıb.

Belə ki, ötən mövsüm "Kəpəz"də oynamış İbrahim Qədirzadə ilə anlaşma əldə edilib.

"Xəzər Lənkəran" yetirməsi ilə bir illik müqavilə imzalanacaq.

23 yaşlı yarımmüdafiəçi karyerası ərzidə "Kəpəz"ə kimi "Xəzər Lənkəran", "Neftçi-2" MOİK və "Qarabağ"ın U-19 komandasında çıxış edib.

Aşağı yaş qrup millilərimizdə də çıxış etmiş futbolçu 2020/21 mövsümündə Gürcüstanın "Samtredia" klubunda legioner həyatı yaşadığını da bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti