Ordu komandası iki dəfə imtahandan kəsilən baş məşqçiyə tapşırıldı

7 İyul 2022 10:40 I Divizion 956
Ordu komandası iki dəfə imtahandan kəsilən baş məşqçiyə tapşırıldı

I Divizionda mübarizə aparan MOİK-də yeni baş məşqçi təyinatı gerçəkləşib. Ordu komandası Şəhriyar Əliyevə tapşırılıb.

Yanlış anlaşılmasın, söhbət millinin sabiq müdafiəçisi Şəhriyar Əliyevdən getmir.

«Hərbçilər»in sükanı arxasına keçən mütəxəssis naxçıvanlı sabiq futbolçudur və bir müddət keçmiş baş məşqçi Asim İbrahimovun köməkçisi işləyib.

MOİK-də ötən mövsümün yekunlarına həsr olunan toplantı keçirilib. İclasda əsasən futbol komandasının I Divizionda əldə etdiyi nəticə müzakirə edilib.

36 xalla sezonu 6-cı pillədə başa vuran kollektivin çıxışı qeyri-qənaətbəxş sayılıb. Rəhbərlik bu səbəbdən Asim İbrahimovu baş məşqçi postundan uzaqlaşdırıb.

«C» lisenziyası olan Ş.Əliyev iki dəfə «B» kateqoriyalı kurslara qatılıb və AFFA-nın təlimatçıları tərəfindən kəsilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti