Divizion klubundan baş məşqçi qərarı: “Onun heç bir günahı yoxdur”

27 İyun 2022 20:40 I Divizion 1 135
Divizion klubundan baş məşqçi qərarı: “Onun heç bir günahı yoxdur”

“Zaqatala” rəhbərliyi Rüstəm Məmmədovu baş məşqçi postunda saxlayıb.

Bu haqda Sportinfo.az-a klubun prezidenti Musa Qurbanov bildirib.

Onun sözlərinə görə, gənc mütəxəssis növbəti mövsümdə də komandanın sükanı arxasında dayanacaq:

“Rüstəm neçə ildir buradadır. Öz üzərində çalışan məşqçidir. İstəyir ki, daim öyrənsin, təcrübə toplasın.

Işküzar və bacarıqlıdır. Komanda ötən mövsüm səkkizinci yeri tutdu. Çünki əksər aparıcı futbolçularımız getdi, gənclərin ümidinə qaldıq.

Heyəti heç cür gücləndirə bilmədik. Çoxlu problemlər yaşadıq.

Deməyim odur ki, komandanın turnir cədvəlində aşağılara düşməsində Rüstəmin heç bir günahı yoxdur.

O, hər il neçə-neçə zaqatalalı gənci üzə çıxarır. Əminik ki, “Zaqatala” gələn mövsüm daha yaxşı nəticə qazanacaq”.

Digər Xəbərlər
Xəbər Lenti