"Zaqatala"nın Premyer Liqa tədarükü - NƏ YENİLİK VAR?

25 İyun 2022 23:00 I Divizion 2 219
"Zaqatala"nın Premyer Liqa tədarükü - NƏ YENİLİK VAR?

"Turan Tovuz" və "Kəpəz"in Premyer Liqaya buraxılması Birinci Divizionda çıxış edən "Zaqatala"nı da ümidləndirib.

Belə ki, yeni mövsümə iddialı başlamağı qarşısına hədəf qoyan bölgə klubu "transfer bazarı"nda aktivlik göstərir.

Düzdü, hələ rəsmi təqdimat yoxdur. Amma adları bizə məlum olan bir neçə Premyer Liqa təcrübəli yerli futbolçu ilə razılıq əldə olunub.

Bundan başqa Tarek Zubirin komandada qalması üçün danışıqlar aparılır və demək olar razılıq əldə olunub.

Klubdan məlumat verilib ki, Tarek Zaqatala təmsilçisində yeganə legioner olmaya bilər. Rəhbərlik başqa bir neçə əcnəbi futbolçu ilə də danışıqlar aparır.

Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda minimum 3-4 gəlmə futbolçu ilə yeni mövsümə başlamağı planlaşdırır. Hədəf isə təbii ki, çempion olaraq yüksək liqaya vəsiqə qazanmaqdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"