“Turan” arzuladığı baş məşqçi ilə bu tarixdə müqavilə imzalayır

15 İyun 2022 17:00 I Divizion 851
“Turan” arzuladığı baş məşqçi ilə bu tarixdə müqavilə imzalayır

“Turan Tovuz” sabah yeni baş məşqçisinin adını rərmən bəyan edəcək.

Saat 19:00-da Tovuz şəhər stadionunda baş məşqçi Ayxan Abbasovla müqavilə imzalanacaq. Eyni zamanda, azarkeşlərlə görüş təşkil olunacaq.

Ötən 3 ildə “Sumqayıt”ı çalışdırmış mütəxəssislə 3 illik (2+1) anlaşma nəzərdə tutulub. “Kimyaçılar”a qazandırdığı nəticələrlə adından söz etdirməyi bacarmış Abbasovun yeni iş yerində uzun yola çıxdığını söyləyə bilərik.

Amma o, bunu böyük pul qarşılığında etməyəcək.

“Turan”ın 9 ildən sonra Premyer Liqaya qayıtmasını və Nadir Nəbiyev amilini diqqətə alan 41 yaşlı mütəxəssis “Sumqayıt”la müqayisədə aşağı məbləğə burada fəaliyyət göstərməyə razılaşıb.

Onu da yaddan çıxarmayaq ki, Abbasov futbolçu karyerasının ən yadda qalan dönəmlərindən birini 2004-2006-cı illərdə məhz Tovuz klubunda keçirib.

Bir sözlə, o, ötən günləri, aradakı yaxşı münasibəti göz önünə gətirərək, “Turan”a böyük jest edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti