
"Kəpəz" heyətini gücləndirmək yolunda axtarışlarını davam etdirir.
Qərb təmsilçisinin diqqətinə düşən növbəti futbolçu "Sabah"ın gənc hücumçusu Kamran Quliyevdir.
Əsasən əvəzedici komandada oynayan 22 yaşlı oyunçu ötən mövsüm Premyer Liqada 4 görüş keçirib.
Ölkə kubokunda 1 oyuna çıxan Quliyevin aktivində 1 qol var. O, elə "Kəpəz"lə 1/8 final matçında fərqlənib - 3:0.
Masazır təmsilçisi ilə razılıq əldə olunsa, qarşıdakı mövsümü Kamran Gəncə təmsilçisindən icarədə keçirəcək.
XANOĞLAN / SPORTİNFO.AZ