Premyer Liqa klublarından dəvət gözləyən BOMBARDİR

4 İyun 2022 23:40 I Divizion 2 083
Premyer Liqa klublarından dəvət gözləyən BOMBARDİR

Arxada qalan mövsüm birinci divizionun qalibi "Qaradağ Lökbatan" oldu.

Bu uğurda təbii ki, ən böyük pay sahiblərindən biri də komandanın hücumçusu Sabir Allahquliyev oldu.

O, vurduğu 22 qolla həm mövsümün bombardiri oldu, həm də çempionluq yolunda önəmli rol almış oldu.

Komandası Premyer Liqaya buraxılmayan Allahquliyev ümid edirdi ki, digər yüksək liqa təmsilçilərindən ona dəvət gələcək.

Amma arxada qalan müddətdə heç bir Premyer Liqa klubu ona maraq göstərməyib. Ancaq təcrübəli oyunçu ümidini üzmür.

Belə ki, bir neçə aşağı liqa təmsilçisində real təklifi olan Sabir qərar verməkdə tələsmir. Buna yeganə səbəb isə onun Premyer Liqa klublarından dəvət alacağı ilə bağlı qalan ümididir.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”