"Kəpəz"də sükut köhnələrlə pozuldu

5 İyun 2022 09:40 I Divizion 1 985
"Kəpəz"də sükut köhnələrlə pozuldu

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "Kəpəz"də susqunluq pozulub.

Yaşar Vahabzadənin baş məşqçi olacağı dəqiqləşən komandanın adı bir çox futbolçularla danışıqlarda hallanır.

Amma ortda hələki real heç nə yoxdur.

Bununla belə, ötən mövsüm komandanın uğuru üçün tər axıdan futbolçulara bağlı qərar verilib.

Belə ki, uzun fasilədən sonra rəhbərlik intizarla zəng gözləyən oyunçularla əlaqə saxlayıb.

Köhnələrin böyük əksəriyyətinə yolların ayrılması barədə məlumat verilib. Onlara "sağ ol" deyilib və yeni klub axtarmaları tövsiyə olunub.

Mövsüm ötən ayın ortası başa çatsa da, müqaviləsi başa çatan oyunçulara belə hələ gözləmələri tapşırılmışdı. Nəhayət, dünən yekun qərar onların diqqətinə çatdırılıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti