Bölgə klubu sabiq milli üzvünə tapşırıldı

2 İyun 2022 19:40 I Divizion 1 489
Bölgə klubu sabiq milli üzvünə tapşırıldı

Növbəti mövsüm Birinci Divizionda iştirak edəcək İmişli komandasında kimin baş məşqçi olacağı dəqiqləşib.

Belə ki, AFFA rəsmiləri bölgə klubunu futbol ictimaiyyətinə yaxşı tanış olan Ruhid Usubova tapşırmağa qərar verib.

İmişli futbolunun yetirməsi olan, neçə illərdi rayonun uşaq futbol komandalarında məşqçi kimi xidmət göstərən Ruhid peşəkar karyerasında "MKT Araz", "İnter" (indiki "Şamaxı") kimi klublardakı çıxışları ilə tanınıb.

O, həm də Azərbaycan millisində forma geyinib.

Yerli publika da onun namizədliyini böyük çoxluqla dəstəkləyir. Elə federasiyanın qərarında bu məqam da böyük rol oynayıb. Artıq gənc çalışdırıcıya öz komandasını formalaşdırmaq üçün tapşırıq da verilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"