Gələn ildən İmişli də birinci divizionda təmsil olunacaq.
Artıq AFFA-dan yeni yaradılacaq komandaya baş məşqçi seçilməsi üçün tapşırıq da verilib.
Elə bu xəbər çıxar-çıxmaz rayonda aktivlik yaşanmağa başlanıb. Belə ki, komandaya rəhbərliyi ələ keçirmək istəyən müəyyən qüvvələr var.
Səbəb heç də İmişli futbolunu ağ günə çıxarmaq deyil. Federasiyadan ayrılacaq 200-300 minə sahiblənməkdir.
Elə sonuncu dəfə rayonu birinci divizionda təmsil edən "Mil Muğan" komandası bərbad idarəetmə səbəbindən dağılmışdı.
Təbii ki, bu da yerli camaatı narahat etməyə bilməz. Onlar da anlayır ki, yanlış seçim parlaq gələcəyə olan ümidlərin üzərindən xətt çəkə bilər.
XANOĞLAN / SPORTİNFO.AZ

