“AFFA büdcəni artırmasa, klubumuzun fəaliyyətində ciddi problemlər yaranacaq”

27 May 2022 20:40 I Divizion 1 685
“AFFA büdcəni artırmasa, klubumuzun fəaliyyətində ciddi problemlər yaranacaq”

“AFFA-da olanlar hər şeyi yaxşi bilir və görür”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zaqatala”nın prezidenti Musa Qurbanov deyib.

Növbəti mövsümdə də I Divizionda mübarizə aparacaq əyalət təmsilçisi AFFA-ya müraciət edəcək. Bunu zərurətə çevirən səbəb son vaxtlar ölkədə müşahidə olunan qiymət artımıdır.

Müsahibin bildirdiyinə görə, federasiya ötən illərdə ayırdığı büdcəni artırmasa, klubun faəliyyətində ciddi problemlər yaranacaq:

“Bu mövsüm verilən büdcə də az idi, bəs eləmədi. Klubda çalışanlar bunun əziyyətini çox çəkdi.

İndi isə hər şey bahalaşıb. Gərək AFFA-ya yaranmış vəziyyətlə bağlı narahatlığımızı bildirək.

AFFA tək stadionun və bazanın icarəsi üçün hər il 50 min manat ödəyir. Sırf klubun özü üçün nəzərdə tutulan məbləğ 250 min manatdan bir qədər artıqdır.

AFFA-da əyləşənlər çox yaxşı başa düşür ki, büdcə artmasa, “Zaqatala”normal çıxış edə bilməyəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti