"Kəpəz"də "sirli zəng" həsrəti

28 May 2022 14:20 I Divizion 1 327
"Kəpəz"də "sirli zəng" həsrəti

"Kəpəz" növbəti mövsüm Premyer Liqada iştirak edəcək. Hazırda bölgə klubu ilə bağlı dəqiq olan yalnız budur.

Bəs sonra?

Sonrası heç kimə məlum deyil. Komandanı kimin çalışdıracağı belə açıq sual olaraq qalırsa, başqa nədən söhbət etmək olar? Heç nədən!

Yaranmış durumda ən çox əziyyət çəkən isə heyətdəki futbolçulardı. Arxada qalan mövsüm komandada olanların əksəriyyətinin müqaviləsi bu ayın sonuna kimidir.

Sözsüz ki, hamısı yox, amma aralarından kimlərsə yeni mövsüm də komanda ilə davam edəcək. Amma həmin xoşbəxtlərin kimliyi heç kimə məlum deyil.

Belə ki, istirahətə buraxılan bütün heyət üzvünə ayın sonuna kimi klubdan xəbər gözləmək məsləhət olunub.

Çarəsiz qalan oyunçuların gözləməkdən başqa yolu yoxdur. Bəndənizlə söhbətdə də bəzi oyunçular divizion klublarından dəvət aldıqlarını, amma yeni təklifləri gözlətmək məcburiyyətində qaldıqlarını dilə gətirib. Ki, o "sirli zəng" gələ bilər və Premyer Liqa arzusu gerçəkləşər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!