Tovuzda möhtəşəm vida, böyük ümid... VİDEO+FOTOLAR

20 May 2022 23:20 I Divizion 1 017
Tovuzda möhtəşəm vida, böyük ümid... VİDEO+FOTOLAR

Birinci divizionda mövsümə yekun vuruldu.

Sonuncu turdakı matçlardan biri də Tovuzda baş tutdu.

Burada yerli komanda "Zirə-2"ni qəbul etdi. Uğursuz mövsüm keçirən meydan sahiblərini dəstəkləməyə gələn çox sayda tərəfdar tribunalarda yerini almışdı.

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq Tovuz təmsilçisi üçün aşağı liqa ilə heç olmasa qələbə qazanmaqla ayrılmaq yerinə düşərdi.

Rəqib də bu yolda münasib idi. Ki, paytaxt klubu turnir cədvəlinin sonuncu pilləsində lövbər salıb.

90 dəqiqənin sonu elə hər şey bölgə klubunun istəyinə uyğun da başa çatdı. Rövşən Şahmuradovum 48, Famil Camalovun 63-cü dəqiqədə vurduğu qollarla qələbə qazanıldı.

Qələbənin tibunadan görüşü izləyən 2300 azarkeşin simasına gətirdiyi gülüş də həm də bir ümid vardı. Premyer Liqa ilə bağlı ümid.

İllərlə yığılıb qalan həsrətin, üzüntünün, ayrılğın fonunda gələ biləcək növbəti zəfərlərin, qələbənin ümidi.

Heç bir əhəmiyyət daşımayan bir görüşə bu qədər fanatın gəlməsinin, izdihamın yaşanmasının da tək səbəbi gözlərdəki həmin ümiddir.

İndi qalır həmin tərəfdarlarının ümidini doğrultmaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"