"Xan Lənkəran"ın Diviziona buraxılması məndən asılı deyil"

19 May 2022 12:40 I Divizion 1 436
"Xan Lənkəran"ın Diviziona buraxılması məndən asılı deyil"

"İnsanlar elə bilir ki, hər şey Peşəkar Futbol Liqasından asılıdır".

Sportinfo.az xəbər verir ki, bu sözlər PFL-in prezidenti Ramin Musayevə məxsusdur.

AFFA İcraiyyə Komitəsinin "Xan Lənkəran"ı I Diviziona buraxmaması barədə qərarını şərh edən təşkilatçı qurumun rəhbəri bildirib ki, bunun həlli ondan asılı deyil:

"Buna AFFA İcraiyyə Komitəsi qərar verir. Vaxtilə bəzi klublar çempionatı yarımçıq tərk etdikləri üçün məcburiyyətdən belə qayda qoydular ki, komanda ən azı 3 il həvəskarlar liqasında çıxış etməlidir.

Yalnız bundan sonra I Diviziona vəsiqə qazanmaq olar. Bu yaxınlarda "Xan Lənkəran"ın prezidenti Pərviz Hüseynovla görüşmüşəm.

Xoşuma gəlir, cavan oğlandır, futbola vəsait ayırmaq fikri var, yaxşı ideyalara sahibdir. Amma qanun hamı üçün eynidir".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"