Azərbaycanlı bombardirə klublardan LAQEYD MÜNASİBƏT

18 May 2022 21:20 I Divizion 1 381
Azərbaycanlı bombardirə klublardan LAQEYD MÜNASİBƏT

Dünən I Divizonda 2021-22 mövsümü başa çatdı.

4 tur əvvəl çempionluğunu rəsmiləşdirən "Qaradağ Lökbatan" tituluna məhz dünənki tədbirdə qovuşdu.

22 qolla mövsümün bombardiri olan Sabir Allahquliyev də mükafatsız qalmadı. Ona da bombardirlik münasibəti ilə simvolik kubok verildi.

Vəssalam...

Halbuki belə uğurun qarşılığı yüksək liqa və ya yüksək liqa klublarında dəvətlər olmalı idi.

Sabirin komandasının Premyer Liqaya buraxılmayacağı öncədən məlum idi. Bəs Premyer Liqada olan və gələcək klublara nə söz?

Əgər Birinci Divizionun ən məhsuldan futbolçusu nə Premyer Liqanın autsayderinə, nə də Premyer Liqaya yüksələn debütantlara lazım deyilsə, o çempionat niyə və nəyə keçirilir?

Əslində bombardirə olan belə münasibət həmin liqanın səviyyəsini, keçirilmə məramını gözlər önünə sərmiş olur.

Amma istənilən halda adam adı üstündə bombardirdir. Həm də nə az, nə çox 22 qolla. Təcrübəsi də yetəri qədər. Ki, uzun illər Premyer Liqada çıxış edib. Yəni mütləq şans almalıdır.

Ümid edək ki, ən yaxın zamanda bombardirə olan soyuq münasibət, laqeyd yanaşma aradan götürüləcək. Ölkə səviyyəsinə sayca ikinci futbol liqası bu qədər baxımsız və diqqətsiz münasibətə layiq deyil.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı