Birinci divizionda mövsüm başa çatdı

17 May 2022 18:10 I Divizion 836
Birinci divizionda mövsüm başa çatdı

Azərbaycan 1-ci divizionunda 2021/2022 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu - 24-cü turun bütün görüşləri eyni gündə və saatda keçirilib.

17 may

Birinci divizion, 26-cı tur

"Turan Tovuz" – "Zirə-2" - 2:0
Qol: Rövşən Şahmuradov, 48. Famil Camalov, 63.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Asiman Əzizli, Namiq Bəkirov

"Şamaxı-2" – MOİK - 6:0
Qol: Samir Məmmədzadə, 17-öz qapısına. Tural Axundov, 31. Emin Quliyev, 45. Qurban Səfərov, 61; 66; 68.
Hakimlər: Nicat İsmayıllı, Ruslan Quliyev, Teymur Teymurov, Rauf Allahverdiyev

"Neftçi-2" – "Zaqatala" - 2:3
Qol: Əli Sadıxov, 45+4. Elton Əlibəyli, 86 – Rəhman Şabanov, 45. Roini İsmayılov, 76. İbrahim Camalov, 83.
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Elmin Süleymanov, Emin Əliyev

"Kəpəz" – "Sabah-2" - 0:0
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Tərlan Talıbzadə, Əli Əliyev

"Sumqayıt-2" – "Qəbələ-2" - 1:3
Qol: İbrahim Əliyev, 55 – Ramin Doobi, 8. Sənan Ağalarov, 58. Mehrac Baxşalı, 71.
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Kərim Zeynalov, Fərid Hacıyev

"Qarabağ-2" – "Qaradağ Lökbatan" - 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Şirmamed Mamedov, Cavid Cəlilov

Beləliklə, çempionluğu əvvəlki turlarda rəsmiləşdirən "Qaradağ Lökbatan" qızıl, "Şamaxı-2" gümüş, "Qarabağ-2" isə bürünc medallara sahib çıxıb. "Qaradağ Lökbatan" 1-ci olsa da, Premyer Liqaya buraxılmayıb. "Turan Tovuz" və "Kəpəz" isə yeni mövsümdən Premyer Liqada çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti