Sabiq milli üzvündən "Kəpəz" AÇIQLAMASI

16 May 2022 23:40 I Divizion 1 133
Sabiq milli üzvündən "Kəpəz" AÇIQLAMASI

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz"i kimin çalışdıracağı hələ də dəqiqləşməyib.

Amma baş məşqçi məsələsinə nöqtə qoyulmasa da, mətbuatda rəhbərliyin bir sıra futbolçularla danışıqlar apardığı deyilir.

Onların arasında kifayət qədər yaxşı karyerası olmuş Azərbaycan millisinin sabiq üzvü Tərlan Quliyev də var.

Hazırda "Şamaxı"ya məxsus olan təcrübəli oyunçu Sportinfo.az-a açıqlamasında haqqında yayılan iddialara münasibət bildirib:

"Gəncə futbol şəhəridir. Belə bölgənin klubunun Premyer Liqaya buraxılmasına ancaq sevinmək olar. Amma iddia doğru deyil. Mən də bunu mətbuatdan oxumuşam. Hələ ciddi nəsə yoxdur. Heç bir danışıq və təklif olmayıb"

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”