Divizion klublarının cəzaları - Bu dəfə kimlər nə edib?

14 May 2022 02:40 I Divizion 439
Divizion klublarının cəzaları - Bu dəfə kimlər nə edib?

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda I Divizionun XXV turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

MOİK – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Neftçi-2” komandasının futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 36.1);

"Zirə-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandası vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 84);

“Qəbələ-2” – “Qarabağ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Qəbələ-2” komandasının futbolçusu Aqil Nəsibov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Qarabağ-2” komandasının futbolçusu Zamiq Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular