“Neftçi” 1:1 etdi, "Kəpəz" Zaqatalada uddu, "Turan”dan 6 qol

11 May 2022 19:20 I Divizion 858
“Neftçi” 1:1 etdi, "Kəpəz" Zaqatalada uddu, "Turan”dan 6 qol

Bu gün I Divizionda 25-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə oynanılıb.

MOİK-in “Neftçi-2” ilə oyununda qalib müəyyənləşməyib. “Kəpəz” səfərdə “Zaqatala” üzərində qələbəyə sevinib.

“Turan Tovuz” “Səbail”in əvəzedicilərini 6 cavabsız qolla məğlub edib. “Qarabağ”ın ikinci komandası “Qəbələ-2” ilə dueldən inamlı qələbə ilə ayrılıb.

“Şamaxı-2” “Zirə”nin əvəzedicilərini böyük hesabla məğlub edibsə, “Sabah-2” də “Sumqayıt”ın əvəzedici komandasını məğlub yola salıb.

"Qəbələ-2" – "Qarabağ-2" 0:2
Qol
: Nəriman Axundzadə, 49; 78.
Hakimlər: Nicat İsmayıllı, Ruslan Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Qəbələ şəhər stadionu

"Sabah-2" – "Sumqayıt-2" 2:0
Qol
: İldar Ələkbərov, 55. Kamran Quliyev, 76.
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Taleh Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”

"Zaqatala" – "Kəpəz" 0:1
Qol
: Bəhruz Teymurov, 69.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

MOİK – "Neftçi-2" 1:1
Qol
: Elvin Nəsibov, 50 – Xəqani Sadıxov, 1.
Hakimlər: İnqilab Məmmədov, Elman Kərimov, Tərlan Talıbzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Binə qəsəbə stadionu,

Zirə-2 – Şamaxı-2 1:4
Qol
: Nicat Məmmədov, 29 – Fuad Bayramov, 7. Qurban Səfərov, 19; 90. Tural Axundov, 76.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Asif Əliyev
“ASK Arena”

Səbail-2 – Turan Tovuz 0:6
Qol
: Səbayıl Bağırov, 2; 41; 86. Sadiq Şəfiyev, 13; 19; 69.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Kərim Zeynalov, Cavid Cəlilov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”I

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 23 17 3 3 48-14 54
2 Şamaxı-2 23 12 5 6 40-23 41
3 Qarabağ-2 23 11 8 4 39-22 41
4 Neftçi-2 23 11 5 7 41-33 38
5 Sabah-2 23 10 8 5 37-29 38
6 MOİK 23 10 6 7 34-28 36
7 Kəpəz 23 9 8 6 35-31 35
8 Zaqatala 23 9 3 11 32-32 30
9 Qəbələ-2 23 9 3 11 33-36 30
10 Turan Tovuz 23 9 3 11 35-39 30
11 Sumqayıt-2 23 6 2 15 18-37 20
12 Səbail-2 24 4 3 17 24-56 15
13 Zirə-2 23 3 3 17 16-52 12

BOMBARDİRLƏR:

Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 22 qol
Kamran Quliyev ("Sabah-2") - 11 qol
Mehrac Baxşalı ("Qəbələ-2") - 10 qol
Sadiq Şəfiyev ("Turan Tovuz") - 9 qol

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı