“Kəpəz”də baş məşqçinin kim olacağı haqda: “Hamı səndən razı qala bilməz“

9 May 2022 16:40 I Divizion 1 062
“Kəpəz”də baş məşqçinin kim olacağı haqda: “Hamı səndən razı qala bilməz“

Bölgələrdə kənardan gələn məşqçilər üçün işləmək heç də asan deyil.

Azarkeşlər əsasən yerli mütəxəssislərin doğma komandanı çalışdırmasını istəyirlər.

Bunu “Kəpəz”də Yaşar Vahabzadənin başına gələnlərdən də görmək mümkündür.

İndi isə Gəncə təmsilçisi seçim qaşısında qalıb. AFFA klubun Premyer Liqaya qayıdışı ilə bağlı qərar verib.

Qərblilər 4 illik aradan sonra elita sıralarına qoşulacaq. Görəsən, tribunaların təzyiqi Vahabazənin işinə əlavə çətinlik yaratmayacaq ki?

Səbəbkarı dinləyək:

“Kəpəz”də baş məşqçinin kim olacağı hələ dəqiqləşməyib. Amma bildiyim bir şey var ki, məşqçilər heyəti və futbolçular azarkeşlərlə isti münasibətdə olmalıdır.

Futbol azarkeşlər üçün oynanılır. Ona görə də onlara hörmət etməli, fikirlərini dinləməlisən. Azarkeşin istədiyi nədir? Nəticə.

“Kəpəz”in nəticələri yaxşı olandan sonra azarkeşlər bizi sevəcək, hörmət edəcək. Bu, hər yerdə belədir.

Amma bir şey də var ki, məşqçi və futbolçulara hər zaman təzyiq olur. Harada işləməyindən asılı olmayaraq, heç də hamı səndən razı qala bilməz.

Bunu göz önünə gətirməli və hazır olmalısan. Yenə deyirəm, nəticələr yaxşı olandan sonra sakitlik və mehribanlıq olur“.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti