Sabiq braziliyalısı "Kəpəz"i niyə XATIRLADI? - FOTO

8 May 2022 19:00 I Divizion 1 212
Sabiq braziliyalısı "Kəpəz"i niyə XATIRLADI? - FOTO

"Kəpəz"in növbəti mövsüm Premyer Liqada çıxış edəcəyinə yerli azarkeşlər, futbol ictimaiyyəti kimi uzaq Braziliyada da sevinənlər var.

Söhbət komandanın sabiq yarımmüdafiəçisi Dario Federikodan gedir.

Məlum xəbər çıxar-çıxmaz sabiq legioner öz sosial şəbəkə hesabından keçmiş komandası ilə bağlı xəbər paylaşaraq qərb təmsilçisinin fanatlarını xoş sözlərlə salamlayıb.

Amma paylaşımda "mən də varam" ismarıcı olmasını da sezmək olar.

Belə ki, 30 yaşlı oyunçu ötən ilin mayından klubsuzdur. Belə məqamda sevimli komandasından ona dəvət yəqin ki, göydən düşmə olar.

Elə karyerasını nəzər yetirəndə də görünür ki, Darionun xoş günləri ölkəmizlə bağlıdır.

Cinah oyunçusu karyerası boyu Braziliyada "Flamenqo” (2012-14), "Fernandopolis” (2013), "Quaratinqeta” (2014), Portuqaliyada "Trofensi” (2014-15), ölkəmizdə "Kəpəz” (2015-18), "Neftçi" (2018-19) və Cənubi Koreyada "Sonnam” (2017) kimi komandaların şərəfini qoruyub.

Onun yuxarıda adı keçən klublardakı ən parlaq statistikası Azərbaycanla bağlıdır.

İlk dəfə ölkəmizdə "Kəpəz"ə transfer olunan braziliyalı qısa müddətdə yerli publikanın sevimlisinə çevrilmişdi.

O, "Kəpəz" formasında meydana çıxdığı 50 oyunda 12 qol 3 asistlə yadda qalıb.

Qərb təmsilçisindəki parlaq çıxışı ilə diqqət çəkən və "Neftçi"yə transfer olunan əcnəbi oyunçu burada forma geyindiyi 48 matçda adında 7 qol və 9 asist var.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"