Bölgə komandası üçün baş məşqçi – İlkə imza atmış mütəxəssis

8 May 2022 09:40 I Divizion 1 324
Bölgə komandası üçün baş məşqçi – İlkə imza atmış mütəxəssis

“Mingəçevir”in növbəti mövsümdə Birinci Divizionda iştirakı dəqiqləşəndən sonra AFFA-da bölgə futbolu ilə bağlı əməli fəaliyyətə start verilib.

Artıq kluba rəhbərlik edəcək şəxsin adı da məlumdur. Klub sabiq hakim, Premyer Liqa görüşlərinə hakim-inspektor kimi təyinat alan Rövşən Əhmədova tapşırılacaq.

Mingəçevir idman ictimaiyyətinin üzdə olan şəxslərindən hesab olunan Əhmədov yeni yaradılan Müşahidə Şurasının sədri vəzifəsini daşıyacaq.

Baş məşqçi məsələsi açıq qalıb. Düzdür, postun Rövşən Babayevə tapşırılacağı gözlənilir. Daha doğrusu, AFFA-da bu barədə müzakirə aparılıb.

Lakin başqa namizəd də var ki, hazırda bu yöndə götür-qoy edilir.

Söhbət uzun illər “Qəbələ”nin Futbol Akademiyasında çalışan, U-17 və U-19 komandaları ilə çempion olan, bir müddət əvəzedici komandanın “sükanı” arxasında “əyləşən” Emin İmaməliyevdən gedir.

Hazırda həm də millidə Samir Əliyevin köməkçisi kimi fəaliyyət göstərən Emin bəyi “Mingəçevir”də baş məşqçi postunda görmək istəyirlər.

Bu təklif AFFA-nın texniki direktoru Cahangir Həsənzadədən gəlib. Həsənzadə uzun illər çiyin-çiyinə futbol oynadığı, məşqçi kimi bacarığına yaxından bələd olduğu İmaməliyevin “Mingəçevir”də baş məşqçi kimi işləməsinin tərəfdarıdır.

Emin İmaməliyev Gənclər Liqasında “Qəbələ”nin U-19 komandası ilə mərhələ adlamağı bacarmış ilk məşqçi kimi Azərbaycan futbolunun tarixinə düşüb.

Söhbət 2018-ci ildə “Şerif” səddini adlayan komandadan gedir (1:1, 3:1).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti