"Kəpəz"dən iddialı açıqlama: "Bu, fırtına öncəsi sakitlikdir"

6 May 2022 19:40 I Divizion 982
"Kəpəz"dən iddialı açıqlama: "Bu, fırtına öncəsi sakitlikdir"

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında "Turan Tovuz" və "Kəpəz"i görəcəyimiz böyük ölçüdə həll olunduğunu deyə bilərik.

Artıq Tovuz təmsilçisində bu istiqamətdə işlərin gördüyünü də sezmək mümkündür. Aktiv sponsor axtarışları, müəyyən futbolçular və məşqçilərlə danışıqların aparılması mətbuata gizlin deyil.

Amma eyni sözləri "Kəpəz" barəsində demək olmaz. Sanki Gəncə təmsilçisində bir susqunluq və ümidsizlik hökm sürür. Bunun sirri nədədir?

Komandanın mətbuat xidmətinin rəhbəri Azad Mustafayev sorğumuza cavab olaraq Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Hazırkı susqunluq fırtına öncəsi sakitlikdir. Bunu belə başa düşək. Hələki rəsmi nəsə yoxdur.

Amma bu məsələ olmadığı halda belə ötən il, ondan qabakı illər də sponsorlarla bağlı mövzu bizdə aktual saxlanılıb.

Yəni heç vaxt boş oturmamışıq. İndi də rəhbərlik səviyyəsində görüşlər keçirilir, danışıqlar aparılır. Sadəcə hələki bu kimi şeylər barədə ictimaiyyətə məlumat verilmir. Səbəbi də qərarın rəsmiləşməməsi ilə bağlıdır.

Məsələn, danışıq apardığımız təşkilatlar, iş adamları soruşur ki, komanda növbəti mövsüm Premyer Liqada olacaq?

Amma biz suala cavab verə bilmirik. Ona görə də qərar rəsmi qüvvəyə minəndən sonra bəzi məsəllər barədə danışmaq olar".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti