“Bu xəbərləri eşitmişəm, amma hələlik mənə təklif gəlməyib”

3 May 2022 20:20 I Divizion 1 955
“Bu xəbərləri eşitmişəm, amma hələlik mənə təklif gəlməyib”

“Bu xəbərləri özüm də eşitmişəm, amma hələlik mənə təklif gəlməyib”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un sabiq baş məşqçisi Rövşən Babayev deyib.

İki ay öncə qərb klubundan ayrılan mütəxəssisə AFFA-dan yeni dəvət gəlməsi barədə məlumatlar var. Bildirilib ki, o, növbəti mövsüm I Divizionda mübarizə aparacaq “Mingəçevir”i çalışdırmaq təklifini qəbul edib.

R.Babayevi dinləyək: “Hazırda istirahət edirəm. amma bu, daha çox işsizlikdən yaranan məcburi istirahətdir.

“Mingəçevir”in gələn mövsüm divizionda çıxış edəcəyini bilirəm. Bu şəhər həmişə özünün böyük futbol ənənəsi ilə məşhur olub.

Orada çalışmaq mənə də maraqlı gəlir. Lakin yenə deyirəm, AFFA-dan və klubdan mənimlə əlaqə saxlayan olmayıb”.

Digər Xəbərlər
Xəbər Lenti