“Yaxın 1-2 il ərzində Premyer Liqada çıxış etməyi hədəfləmişik”

2 May 2022 20:40 I Divizion 1 271
“Yaxın 1-2 il ərzində Premyer Liqada çıxış etməyi hədəfləmişik”

“Hamımız futbol acıyıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında faəliyyətini dayandıran “Energetik”in prezidenti Ruslan Həmidov deyib.

O, bu klubun bazasında yaradılacaq “Mingəçevir”in növbəti mövsüm və yaxın gələcək üçün iddiasını açıqlayıb:

“İnşallah, növbəti mövsümdə Birinci Divizionda yalnız və yalnız çempionluq üçün oynayacağıq. Yaxın 1-2 il ərzində Premyer Liqanı hədəfləmişik.

Allah qismət etsin, uzağı 3-4 ildən sonra “Mingəçevir” elitada avrokuboklar uğrunda mübariz aparacaq. Bunu sizə mən söz verirəm.

Bu qərarı eşidən kimi yadıma bilirsiz, nə düşdü?

Bir neçə il öncə komandanı Qazaxa səfər oyununa aparanda uşaqlar ac qalmasın deyə, adambaşına bir qoğal almışdıq. Elə oldu ki, bir azarkeş bizimlə yol yoldaşı olmaq istədiyini xahiş etdi və bizimlə getdi.

Yolda uşaqlar qoğal yeyəndə həmin azarkeşə qoğal tapılmamışdı. Düzdür, futbolçular öz qoğalını təklif etmişdi, amma azarkeş götürməmişdi.

Neçə ildir o hadisənin təsiri altında yaşayırdım. Şükürlər olsun ki, gözəl günü görmək bizə nəsib oldu”.

Digər Xəbərlər
Xəbər Lenti