“Azərbaycana gəlmək şansım vardı və imkanı dəyərləndirdim“

2 May 2022 16:40 I Divizion 622
“Azərbaycana gəlmək şansım vardı və imkanı dəyərləndirdim“

“Azərbaycana gəlmək şansım vardı və imkanı dəyərləndirdim. Bura gəldiyimə görə xoşbəxtəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zaqatala”nın qış fasiləsində heyətinə qatdığı Tarek Zubir deyib.

“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubirin kiçik qardaşı olan Tarek Zaqatalaya uyğunlaşmaqda çətinlik çəkməyib. Bu işdə ona məşqçilər heyəti ilə komanda yoldaşları kömək olub.

27 yaşlı yarımmüdafiəçi bölgə təmsilçisinin sıralarında olmaqdan məmnunluğunu gizlətməyib:

“Hara gəldiyimi yaxşı bilirdim. Qərar verməmişdən əvvəl həm komanda, həm də şəhər haqda müəyyən bilgilər toplamışdım.

Gümanımda yanılmadım. Uyğunlaşma dövrünü tez adladım. Çünki hamı mənimlə xoş rəftar edir, bilmədiklərimi başa salır. Bir sözlə heç bir çətinliyim yoxdur.

“Zaqatala”nın ən çox sevdiyim cəhəti texnikalı oyuna üstünlük verməsi, topla oynamasıdır.

Bu, mənim üçün əla oldu. Fikrimcə, zamanla komandaya daha çox xeyrim dəyəcək”.

Tarek Zubir cari mövsümdə “Zaqatala”nın heyətində 5 oyunun iştirakçısı olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti