Klub prezidenti bu hadisəyə görə 4 futbolçunu komandadan qovdu - VİDEO

1 May 2022 21:00 I Divizion 872
Klub prezidenti bu hadisəyə görə 4 futbolçunu komandadan qovdu - VİDEO

Region Liqasının ¼ final mərhələsinin cavab görüşü çərçivəsində baş tutmuş “Cəbrayıl” – “Energetik” matçında qonaq futbolçuların baş hakim Rövşən Rəcəbova fiziki təzyiq göstərdiyindən xəbərdarsınız.

Oyunun sonlarına yaxın hakim qərarlarından narazı qalan “Energetik”in bəzi futbolçuları Rəcəbovun üstünə hücum çəkmiş, ona sillə və təpik zərbələri endirmişdi.

AFFA İntizam Komitəsinin iclasında müzakirəyə çıxarılan qərarda Mingəçevir təmsilçisinə texniki məğlubiyyət verilmiş, 4 futbolçu – Elvin Əlizadə, Allahverdi Allahverdiyev və Tural Məmmədzadə 14, Orxan Əlibabayev 10 oyunluq cəzaya məruz qalmışdı.

Binədəki stadionda yaşanmış qalmaqaldan sonra klub rəhbərliyi sərt qərar qəbul etmək məcburiyyətində qalıb.

Belə ki, “Energetik”də əsas söz sahibi Ruslan Həmidov cəzalanan futbolçulardan Orxan Əlibabayevlə Elvin Əlizadəni, həmçinin qarşıdurma zamanı hakimlərin ünvanına nalayiq ifadələr işlətmiş adını dəqiqləşdirə bilmədiyimiz daha 2 futbolçunu komandadan qovub.

Həmin 4 nəfər növbəti mövsüm Birinci Divizionda iştirak edəcək “Mingəçevir”in sıralarında olmayacaq. Hətta cəzaları başa çatsa belə...

Həmin görüntüləri bu linə daxil olaraq izləyə bilərsiz:

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti