Zubirin Premyer Liqa planı: “Ən qısa zamanda...”

1 May 2022 16:40 I Divizion 2 304
Zubirin Premyer Liqa planı: “Ən qısa zamanda...”

“Qarabağ”ın ulduz futbolçusu Abdullah Zubirin qardaşı Tarek Zubir hazırda “Zaqatala”nın uğurları üçün tər tökür.

Tarek idmançı karyerasına futbolçu kimi başlasa da, sonradan futbolu futzala dəyişib və Azərbaycana gələnə qədər Gürcüstanda oynayıb.

Eynən qardaşı Abdullah kimi.

Maraqlıdır, futzaldan futbola qayıtmaq Tarekin çıxışına necə təsir edib? Uzun müddət futboldan uzaq düşmək yaşıl meydanlarda özünü necə göstərir?

Kiçik Zubir Sportinfo.az-a açıqlamasında futbol və futzal karyerası ilə bağlı danışıb:

“Bəli, əvvəl də futzal ilə məşğul olmuşdum. Bununla yanaşı, “Lill” kimi böyük klubda məşq edirdim. Karyeramın böyük hissəsi futbola bağlıdır.

Futzalı kiçik zaman kəsiyində oynamışam. Sonra Gürcüstanın 2-ci liqasında oynamağı qərara aldım.

Bu gün “Zaqatala”nın sıralarında olmağım mənim üçün çox yaxşı təcrübədir. Özümü burada çox yaxşı hiss edirəm.

Çünki məşqçi və futbolçu heyəti tərəfindən xoş qarşılandım. Burada böyük futbol adına hər şey var. Allahın köməkliyi ilə ən qısa zamanda “Zaqatala” Premyer Liqada iştirak edər”.

Tarek Zubir cari mövsümdə “Zaqatala”nın heyətində 4 oyunun iştirakçısı olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti