Klub rəhbərindən tükürpərdən qoğal olayı: “Bu dəqiqə göydə uçuram”

30 Aprel 2022 19:40 I Divizion 1 257
Klub rəhbərindən tükürpərdən qoğal olayı: “Bu dəqiqə göydə uçuram”

“Sevincimin həddi-hüdudu yoxdur. Bu dəqiqə göydə gəzirəm. O qədər sevincliyəm ki...”.

Region Liqasında “Energetik”in rəhbəri olmuş Ruslan Həmidov AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarla bağlı Sportinfo.az-a danışıb.

Növbəti mövsümdə Mingəçevirin eyniadlı komandasının I Divizionda iştirakı qərara alınıb ki, bu xəbərdən sonra şəhərin futbol ictimaiyyəti sevinc içindədir.

Ruslan bəy qərarla bağlı fikirlərini dilə gətirib:

“Bayaqdan o qədər zəng gəlir, o qədər təbrik edən var… Həyatımın bəlkə də ən xoş xəbərini aldım.

Mingəçevirdə böyük futbol sonuncu dəfə 1997-ci ildə - “Kür-Nur”un vaxtında olub. Ondan sonra şəhərin futbolu məhv olub getdi.

Düzdür, 2003-2017-ci illər aralığında “Energetik”lə Birinci Divizionda iştirak etmişdik. Amma durum biabırçı idi. 130 manat aylıq maaşla oynamaq çətin idi.

2017-ci ildə maliyyəni kökündən kəsdilər, “Azərenerji” həmin 130 manatı da vermədi.

O gündən sonra Mingəçevirin imkanlı adamları və dost-tanışın hesabına “Energetik”in adını qorumağa çalışdım ki, bir gün kimsə futbolumuza sahib çıxar, böyük futbol yenidən Mingəçevirə qayıdar.

Elxan Məmmədov bura gələndə söz vermişdi ki, futbolu Mingəçevirə qaytaracağıq. Allahın köməkliyi ilə AFFA-nın və şəhərin imkanlı şəxslərinin hesabına şəhərimizin futbolu yaşayacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti