İcra başçısı AFFA-nın qərarını eşidib, XOŞ XƏBƏR VERDİ

30 Aprel 2022 16:40 I Divizion 1 757
İcra başçısı AFFA-nın qərarını eşidib, XOŞ XƏBƏR VERDİ

AFFA İntizam Komitəsinin iclasında Birinci Divizionun növbəti mövsümü üçün qəbul olunmuş qərar bölgələrdə böyük sevinci hisi ilə qarşılanıb.

Qərar açıqlanan dəqiqədən Mingəçevir, İmişli və Naxçıvanda futbol ictimaiyyəti əl-ayağa düşüb ki, bu da anlaşılandır.

Artıq Mingəçevirdən siqnal almışıq. Şəhərin icra başçısı İlham İsmayılov özünə yaxın futbol adamları ilə söhbətdə komanda Birinci Divizionda oynayacağı halda stadionu səhmana salmağı üzərinə götürəcəyini deyib.

Qərar açıqlanandan sonra isə mövqeyini qəti şəkildə bildirib. İsmayılov stadionun paltardəyişmə və duş otaqlarının əsaslı təmir olunacağını, tribunalara yeni oturacaqların quraşdırılacağını, tabloya əl gəzdiriləcəyini bildirib.

İcra başçısı yerli iş adamlarının “Mingəçevir”ə maliyyə ayırması üçün əlindən gələn köməkliyi göstərəcəyini də deyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti