"Premyer Liqada "Turan Tovuz"a kömək edə bilərəm, ancaq..."

28 Aprel 2022 23:40 I Divizion 783
"Premyer Liqada "Turan Tovuz"a kömək edə bilərəm, ancaq..."

"Turan Tovuz"un yarımmüdafiəçisi Abbas Ağazadə Sportinfo.az-a açıqlama verib.

O, doğma rayonun komandasının yeni mövsümdən Premyer Liqaya buraxılmasını şərh edib: "Mövsümün əvvəlindən bilirdik ki, komandanın Premyer Liqaya yüksəlmək şansı var. Sadəcə indi daha da real olaraq belə olacağı görünür. Artıq Tovuzda da bu yöndə müəyyən hazırlıqlar görülür".

Daha öncəki komandası "Sabah"da Premyer Liqa matçlarında şans qazanan Abbasov yenidən eyni sevinci yaşamağa hazır olduğunu dilə gətirib:

"Əlbəttə, Premyer Liqa təcrübəm var. Komandama yüksək liqada kömək edə bilərəm. Amma gələcək məşqçidən çox şey asılıdır. Əgər komandada qalmağımı istəsə, inşallah oynaya bilərəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti