Təslim olmayan "Zaqatala" üçün YENİ HƏDƏF

28 Aprel 2022 22:20 I Divizion 848
Təslim olmayan "Zaqatala" üçün YENİ HƏDƏF

Növbəti mövsüm "Turan Tovuz" və "Kəpəz"in Premyer Liqaya buraxılmasına ən çox pərişan olan "Zaqatala" tərəfidir.

Narazı qalmağa da ciddi səbəblər var.

Bölgə klubunun rəsmiləri haqqlı olaraq tələb edirlər ki, Premyer Liqaya buraxılacaq iki klubun seçimi ya turnir cədvəlinə görə aparılsın, ya da yaxşı insfrastrukturu olanlara üstünlük verilsin.

İkinci variantda "Zaqatala" rəqiblərindən üstündür ki, geri deyil.

Turnir cədvəlinə baxası olsaq isə "Turan Tovuz"u qabaqlayan komanda "Kəpəz"dən arxa pillələrdədir.

İndi komandanın ən böyük məqsədi qarşıdakı turlarda qələbələr qazanıb "Kəpəz"i də turnir cədvəlində arxada qoymaqdır.

Bu halda da "Zaqatala" Premyer Liqaya buraxılmayacaq. Çünki mövzu çoxdan bağlanıb və hər kəs də bilir ki, üstünlük "Kəpəz" və "Turan Tovuz"a verilib.

Zaqatala təmsilçisi, sadəcə prinsipiallıq göstərib, sonda önə çıxmağı və haqqlı olaraq "biz hər iki halda da Premyer Liqaya yüksəlməyi haqq edirdik" mesajını AFFA-ya vermək istəyir.

Maraq üçün bildirək ki, sona 3 tura qalmış "Kəpəz"in 31, "Zaqatala" və "Turan Tovuz"un 27 xalı var. Tovuz təmsilçisi rəqiblərinə nisbətdə 1 oyun artıq keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti