I Divizionda yeni "bunt"

27 Aprel 2022 15:00 I Divizion 1 083
I Divizionda yeni "bunt"

Bu gün I Divizionda 23-cü tura yekun vurulacaq.

«Şamaxı-2» Tovuzda «Turan»ın qonağı olacaq. Səfər öncəsi qonaqların düşərgəsində gərginlik baş verib.

Üç aydır maaş almayan gənclər qərb bölgəsinə yollanmaqdan imtina edib. Onlar məşqçilərin sözünü yerə salıb, «cibimizdə 1 manat da yoxdur» deyərək, klub rəhbərliyini boykot eləyiblər.

Daha sonra rəsmilər komanda üzvləri ilə görüşə gəlib. Onlar yaranmış problemin AFFA-dan qaynaqlandığını, özlərinin də aylardır pulsuz çalışdıqlarını, bununla belə, vəziyyətin düzəlməsini gözlədiklərini bildiriblər.

Oyunçulardan həftəsonuna kimi möhlət istəyən funksionerlər, beləcə, olayın böyüməsinin qarşısını alıblar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti