Divizion komandalarının aldığı cəzalar nədən ibarətdir?

23 Aprel 2022 02:20 I Divizion 654
Divizion komandalarının aldığı cəzalar nədən ibarətdir?

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda I Divizionun XXII turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar çıxarılıb.

I Divizionun XXII turunun “Sumqayıt-2” – “Zirə-2” oyununda ikincilərin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

“Qaradağ Lökbatan” – “Zaqatala” oyununda birincilərin 77 nömrəli futbolçusu Sərxan Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).

“Kəpəz” – “Səbail-2” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti