"Digər klublar Premyer Liqaya yüksəlsə, bu, hamımıza pis təsir edəcək"

21 Aprel 2022 09:40 I Divizion 639
"Digər klublar Premyer Liqaya yüksəlsə, bu, hamımıza pis təsir edəcək"

"Mən özümün və futbolçularımın fikrini belə şeylərlə çox da doldurmaq istəmirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

I Divizionda mübarizənin finiş xəttinə yaxınlaşmasından danışan gənc mütəxəssis bunları söyləyib:

"Hazırda "Kəpəz" bizdən 3 xal öndədirsə, "Turan Tovuz" 3 xal geridədir. Sona isə hələ 4 tur var.

Bu, az oyun deyil. Deməli, hələ çox şey ola bilər.

Əgər sonda öndə olduğumuz halda və şərtlər eyni olsa, digər klublar Premyer Liqaya yüksələcəksə, bu, hamımıza pis təsir edəcək.

Amma yekun fikrimi rəsmi açıqlamadan sonra daha aydın deyə bilərəm. Bu məsələlər daha çox rəhbərliklə bağlıdır.

Bütün işimizi qarşıdakı 4 tura yönəltmişik. Maksimal nəticə qazansaq, nəinki mən, çoxsaylı azarkeşlərimiz və rəhbərlik ədalətli qərarın verilməsinə çalışacaq".

Digər Xəbərlər
Xəbər Lenti