"Niyə "Turan" və "Kəpəz" Premyer Liqaya buraxılır, "Zaqatala" yox?"

19 Aprel 2022 23:40 I Divizion 793
"Niyə "Turan" və "Kəpəz" Premyer Liqaya buraxılır, "Zaqatala" yox?"

"Öncə Premyer Liqaya yüksələcək klubların adları dəqiqləşsin, məncə, sonra bu barədə danışsaq yaxşı olar".

Bunu Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov növbəti mövsüm "Turan Tovuz" və "Kəpəz"in Premyer Liqaya buraxılmasına münasibət bildirərkən deyib.

Gənc mütəxssis düşünür ki, hər şeyə idman prinsipləri əsasında qərar verilməlidir. Burada isə "Zaqatala"nın şansları heç də az deyil:

"Digər məsələ ondan ibarətdir ki, səbəb göstərilməlidir ki, niyə "Turan Tovuz" və "Kəpəz" Premyer Liqaya buraxılır, amma "Zaqatala" yox?

Şərtlər eyni olacaqsa, idman prinsipləri əsas götürülməlidir".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti