“Kəpəz” üçün heç nə etməsəm, özüm çıxıb gedərəm” - Baş məşqçi gəncəlilərə səsləndi

19 Aprel 2022 17:20 I Divizion 802
“Kəpəz” üçün heç nə etməsəm, özüm çıxıb gedərəm” - Baş məşqçi gəncəlilərə səsləndi

“Hamımız azərbaycanlıyıq.

50 ildir futbolun içindəyəm, müəyyən təcrübəyə sahibəm.

Həmin təcrübəni Gəncə futbolu, yəni “Kəpəz”lə bölüşmək istəyirəm, buna çalışıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə deyib.

O, Gəncə futbolu üçün əlindən gələni etdiyini, bu cür münasibətə layiq olmadığını bildirib:

“Vaxtilə futbol oynadığım dönəmdə dəfələrlə Gəncəyə səfər etmişəm və burada futbolun necə sevildiyini bilirəm.

Mən də əlimdən gələni edirəm ki, azarkeşləri sevindirim, “Kəpəz” yüksək yerlərdə olsun. Futboldur, bəzən alınır, bəzən yox.

İşləməsəm, komandaya başdansovdu yanaşsam, “Kəpəz” üçün heç nə etməsəm, özüm çıxıb gedərəm.

Adama təsir edən odur ki, bu qədər əziyyət çəkirik, Gəncə futbolu üçün əlimizdən gələni edirik, nəticəsi də belə.

Son 2 ildə “Kəpəz”dən müxtəlif yaş qruplarından ibarət komandalara görün nə qədər yerli futbolçu cəlb olunub. Bunun özü də irəliləyişdir axı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti