İstefa mədəniyyəti - Qurbanovdan Qurbanova kimi

19 Aprel 2022 22:20 I Divizion 823
İstefa mədəniyyəti - Qurbanovdan Qurbanova kimi

Futbolun yazılmamış qanunu var ki, nəticə yoxdursa, günahkar baş məşqçidir.

Dünyanın hər yerində bu qayda keçərlidir.

Və zaman-zaman uğursuzluqda məşqçi istefalarına şahidlik edirik. Heç çox uzağa getmək də lazım deyil.

Premyer Liqamızın son turunda "Qarabağ"a böyükhesabla uduzan "Şamaxı"nın baş məşqçisi Sənan Qurbanov istefa verdi.

Amma bunun tərsi də az olmur. Günahı futbolçuda, rəhbərlikdə, nə bilim şanssızlıqda görüb, oturduğu kreslonu boşaltmaq istəməyənlər də olur. Məsələn, "Kəpəz"in hazırkı baş məşqçisi Yaşar Vahabzadə kimi.

Yaşar müəllim pis insan deyil, heç pis futbolçu da olmayıb. Hətta yaxşı baş məşqçi də ola bilər.

Amma bu gün "Kəpəz"də uğursuzluq var. Komanda normal heyətə, normal büdcəyə rəğmən birinci divizionda 8-ci pilləni tutur.

Onsuz da, birinci divizionda çıxış etmək Kəpəz"in adına, tarixinə yaraşmır. Bir də belə çıxış, yerli camiədə haqqlı olaraq iki qat narahatlıq yaradır.

Yaşar müəllim isə getmək istəmir ki, istəmir. Axı burda bir qəbahət, eyib iş yoxdur.

İndi ölkənin bir nömrəli mütəxəssisi sayılan Qurban Qurbanov 10 il əvvəl AZAL-a böyük hesabla (6-2) məğlub olanda istefa verəcəyini dilə gətirmişdi. Sadəcə fanatların və rəhbərliyin israrı sonda onu fikrindən daşındırmışdı.

İndi isə bütün "Kəpəz" fanatları da bu istefanı gözləyir, bəs siz nəyi gözləyirsiniz, Yaşar müəllim? Bunun pis iş olmadığını iki Qurbanovun timsalında sizə misal çəkdim.

Aradak 10 ildə də çox istefalara şahidlik etmişik. Uzunçuluq etmək istəmirəm. Lap istəsəniz dünya ünlü məşqçilərdən də oxşar nümunələr göstərə bilərik.

Məncə, yuxarıdakı iki nümunə yetərlidir. Ki, istefa vermək mədəniyyətini normal qəbul edib və əməl edəsiniz.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti