I Divizionda XXII tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
"Neftçi-2" öz meydanında "Turan Tovuz"u qəbul edib. Qarşılaşma Mahmud Qurbanovun çalışdırdığı "ağ-qaralar"ın 3:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 33-ə yüksəldən "Neftçi-2" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Baş məşqçi postunda Rövşən Babayevi Əfqan Talıbovla əvəzləmiş "Turan Tovuz" isə 24 xalla 10-cu yerdədir.
"Sumqayıt-2" təmsil etdiyi şəhərdə "Zirə-2"ni üstələməyi bacarıb.
“Qəbələ-2” Qəbələ şəhər stadionunda “Sabah-2” ilə qarşılaşıb. Görüşdə hesabı “qırmızı-qaralar” açıb. Hüseyn Mürsəlov 45+3-cü dəqiqədə fərqlənib.
Famil Xəlilovun yetirmələri üstünlüyü matçın sonlarında əldən verib. Kamran Quliyev penalti zərbəsi ilə tarazlığı bərpa edib – 1:1.
21 turda 30 xal toplayan “Qəbələ-2” turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
"Neftçi-2" – "Turan Tovuz" 3:0
Qol: Xəqani Sadıxov, 19. Seymur Əliyev, 55. Mirabdulla Abbasov, 90+4.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Taleh Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Neftçi”nin məşq bazası (4-cü meydança), 16:00
"Qəbələ-2" – "Sabah-2" 1:1
Qol: Hüseyn Mürsəlov, 45+3 – Kamran Quliyev, 88-pen.
Hakimlər: Tural Qurbanov, Şirmamed Mamedov, Asiman Əzizli, Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00
"Sumqayıt-2" – "Zirə-2" 2:1
Qol: İbrahim Əliyev, 29. Nəbi Məmmədov, 63 – Məhəmməd Səfərov, 8.
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Elmin Süleymanov, Emin Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 16:00
19 aprel
"Qarabağ-2" – MOİK
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Ruslan Quliyev, Cavid Cəlilov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Binə qəsəbə stadionu, 16:00
"Qaradağ Lökbatan" – "Zaqatala"
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00
"Kəpəz" – "Səbail-2"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Elman Kərimov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Gəncə şəhər stadionu, 16:00

