"Çox pis günlər yaşayırıq" - Bölgə klubundan SƏMİMİ ETİRAF

18 Aprel 2022 23:40 I Divizion 3 977
"Çox pis günlər yaşayırıq" - Bölgə klubundan SƏMİMİ ETİRAF

"Kəpəz"in yarımmüdafiəçisi İbrahim Qədirzadə Sportinfo.az-a açıqlama verib.

Təcrübəli futbolçu komandasının yaşadığı uğursuzluğu şərh edib:

"Komanda olaraq çox pis günlər yaşayırıq. Ard-arda məğlubiyyətlər bizi 8-ci pilləyə yuvarladı. Gözləmədiyimiz durumla üz-üzəyik. Uğursuzluğun sirrini özümüz də bilmirik. Hər oyuna qələbə üçün çıxırıq. Sanki "qara zolağ"a düşmüşük".

Qədirzadə bütün başverənləri arxada qoyub, yalnız irəli baxmaq lazım olduğunu dilə.gətirib:

"Məncə, indiki məqamda keçmişi unutmalıyıq. Qarşıdakı matçlara yaxşı hazırlaşıb, yaxşı nəticələr qazanmaq lazımdır. Yaranmış vəziyyətə görə çox üzgünük. Biz də qələbələr qazanıb azarkeşləri sevibdirmək istəyirik. İnşallah, qarşıdakı oyunlarda bunu bacararıq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti