Azərbaycanda hələ heç bir klub baş məşqçisini buna görə qovmamışdı… ŞOK İRAD!

16:40 I Divizion 1 224
Azərbaycanda hələ heç bir klub baş məşqçisini buna görə qovmamışdı… ŞOK İRAD!

«Mingəçevir» rəhbərliyi bu ilin yanvarında baş məşqçi postuna gətirdiyi Füzuli Məmmədovla bağlı akt tərtib edib.

Klubun İdarə Heyətinin sədri Nurlan Əhmədovun köməkçisi Ruslan Həmidovun imzaladığı sənəd məktub şəklində ona göndərilib.

Burada mütəxəssislə müqaviləyə xitam verildiyi göstərilib. Səbəb kimi maraqlı fakt qeyd olunub. Bildirilib ki, o, mayın 22-də düşrəgəni tərk edib və bir daha geri qayıtmayıb.

Halbuki onun ayın sonuna (31 may) kimi Mingəçevirdə qalması mütləq imiş. F.Məmmədov isə «işıqçılar»ın idarəçiləri ilə əlaqə saxlayaraq, ona tutulan iradı absurd adlandırıb.

«Mən çempionat başa çatan kimi Bakıya qayıtmışam. Ayın 22-dən sonra Mingəçevirdə qalıb nə etməli idim?

Stadionun işçilərini, yaxud yerli azarkeşləri yığıb, onlara məşq keçməliydim?» söyləyib.

F.Məmmədov yanvar ayında komandanı Ədahim Niftəliyevdən təhvil alıb. «Mingəçevir» bu müddətdə 29 xal toplayaraq, turnir cədvəlində dördüncü pilləyə yüksəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti