"Turan Tovuz" baş məşqçi postunu bu şəxsə təklif etdi

19 İyul 2021 16:00 I Divizion 1 162
"Turan Tovuz" baş məşqçi postunu bu şəxsə təklif etdi

«Turan Tovuz» rəhbərliyi klubun futbol akademiyasının baş koordinatoru Adil Şükürova yeni təklif irəli sürüb.

Sportinfo.az-ın məlumatına görə, ondan komandanın sükanı arxasına keçməsi istənilib.

Burada ilyarım çalışan İlham Yədullayevlə yollar ayrılıb. Ötən mövsümü 3-cü pillədə başa vuran I Divizion təmsilçisi onun qazandığı nəticədən razı qalmayıb.

A.Şükürova təklif olunub ki, bundan sonra hər iki işi paralel görsün. Fikirləşmək üçün vaxt istəyən mütəxəssis bununla razılaşsa, onunla 1 illik müqavilə imzalanacaq.

Bu, qərb klubunun son variantıdır. «Turan Tovuz»un Müşahidə Şurasının sədri Oqtay Abdullayev indiyədək bir neçə çalışdırıcı ilə danışıqlar aparsa da, AFFA heç birinin namizədliyini dəstəkləməyib.

Federasiya son olaraq Əsgər Abdullayevin Naxçıvaandan Tovuza dönüşünü əngəlləyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı