Klub prezidenti: "Heç bir maliyyə problemimiz yoxdur və ola da bilməz"

14 Avqust 2023 11:40 I Divizion 1 829
Klub prezidenti: "Heç bir maliyyə problemimiz yoxdur və ola da bilməz"

«Bizim heç bir maliyyə problemimiz yoxdur və ola da bilməz».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «İrəvan»ın prezidenti Zahid Niyazəliyev deyib.

Növbəti mövsümdən I Liqada mübarizə aparacaq klubun rəhbəri Premyer Liqaya iddialı olduqlarını bildirib:

«İrəvan» Qərbi Azərbaycan İcması tərəfindən dəstəklənir. Bunu da deyim ki, klubumuz dövlət tərəfindən dəstəklənir və «İrəvan»ın varlığı siyasi mənada çox önəmlidir.

«İrəvan»a yüksək səviyyədə diqqət və qayğı var. Kifayət qədər normal büdcə ayrılıb.

Məqsədimiz 1 il sonra Premyer Liqada mübarizə aparmaqdır. Yaxşı transferlər etmişik və bu heyətlə çempion olacağımıza şübhəmiz yoxdur.

Kimləri məsləhət bilmişiksə, onları da komandada saxlamışıq. Baxışa çağırılan 4 futbolçunu da məşqçilərimiz bəyənmyib, bununla belə, «İmişli»dən xahiş etdik, Əsgər Abdullayev onlardan üçünü götürdü.

Elə futbolçu yoxdur ki, onunla müqavilə bağlayaq sonra da çıxıb getsin. Bir-iki xırda problemlə qarşılapşa bilərik, bu da normal haldır.

Çünki peşəkar statuslu çempionatda ilk dəfə iştirak edəcəyik və gündəlik işin gedişində belə halların olmasına təəccüblə yanaşmamalıyıq.

Digər tərəfdən, klub müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə gələn aydan başlayacaq. Müqavilələr yeni imzalanıb, hər şey bundan sonra olacaq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti