"Ailəmlə məsləhətləşdim, Rəşad Sadıqova müsbət cavab verdim"

26 Oktyabr 2020 20:50 Zirə 743
"Ailəmlə məsləhətləşdim, Rəşad Sadıqova müsbət cavab verdim"

"Yenidən Azərbaycana qayıtdığıma görə şadam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin yeni transferi Riçard Almeyda klubun Mətbuat xidmətinə açıqlamasında deyib.

Premyer Liqa təmsilçisinə keçidindən danışan braziliyalı yarımmüdafiəçi ailəsi ilə məsləhətləşdikdən sonra bu qərarı verdiyini bildirib:

"Baş məşqçimiz Rəşad Sadıqov "Zirə"yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim.

Bilirəm ki, Azərbaycan Premyer Liqasında iddialı komandalar çoxdur. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə "Zirə"yə kömək edə biləcəm"

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da