Premyer Liqa təmsilçisi mərkəz müdafiəçisi ilə müqaviləyə xitam verdi

26 Dekabr 2024 02:00 Zirə 2 152
Premyer Liqa təmsilçisi mərkəz müdafiəçisi ilə müqaviləyə xitam verdi

"Ximki" klubu Nemanya Ancelkoviçlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi serbiyalı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ancelkoviç bu ilin yayından "Ximki"də çıxış edirdi. 27 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Nemanya Ancelkoviç 2021-2023-cü illər ərzində Azərbaycanda "Zirə"nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!