Millinin müdafiəçisi "Zirə" yolunda

5 İyul 2020 16:00 Zirə 1 542
Millinin müdafiəçisi "Zirə" yolunda

Ötən 2 mövsümdə «Səbail»in formasını geyinən Şəhriyar Rəhimov «Zirə»dən dəvət alıb.

Sportinfo.az-ın məlumatına görə, bir müddətdir qəsəbə təmsilçisi ilə millinin müdafiəçisi arasında danışıqlar gedir.

«Qartallar» ona 2 illik müqavilə bağlamağı təklif edib.

Rəhimov bu keçidə müsbət yanaşır. Amma «Səbail»dən xəbərsiz addım atmaq da istəmir. Hər halda burada yaxşı günləri keçib, baş məşqçi Aftandil Hacıyev və rəhbər şəxslərlə münasibətləri əladır.

Bu üzdən «dənizçilər»dən gələcək xəbəri gözləyir. Bayıl təmsilçisi qaneedici şərtlər irəli sürsə, müqaviləsini uzadacaq. Əks halda «Zirə» variantını dəyərləndirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi