Necə təpik vurmusan, get, o pulu da özün ödə! - VİDEO

15 Noyabr 2023 09:40 Zirə 1 322
Necə təpik vurmusan, get, o pulu da özün ödə! - VİDEO

Məlum olduğu kimi, AFFA İntizam Komitəsi "Zirə"nin hücumçusu Vladislav Kulaça 4 oyunluq cəza verib.

Buna səbəb ukraynalı legionerin Premyer Liqanın 12-ci turunun "Sabah"la görüşünün 90-cı dəqiqəsində rəqibin müdafiəçisinə qarşı etdiyi hərəkətdir.

O, bu səbəbdən 4 oyunluq cəzalanıb, klub 3000 manat cərimə edilib (maddə 40.3).

Kiyev "Dinamo"sunun yetirməsi yol verdiyi təcavüzkar davranışdan dolayı kəsilən cəriməni öz cibindən ödəyəcək.

"Zirə"nin daxili intizam kodeksinə əsasən, belə hallarda futbolçu xərci şəxsi qarşılaşmalıdır. AFFA-ya ödənilən pul onun əməkhaqqından tutulacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti