Zamiq oynadı, komandası “Skenderbeu”ya uduzdu

07:20 Bizimkilər 91
Zamiq oynadı, komandası “Skenderbeu”ya uduzdu

Albaniya Superliqasında 12-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Skenderbeu”nun qonağı olub.

Matç meydan sahiblərinin 1:0 qələbəsi ilə yekunlaşıb. Georgios Lagonidisin 2-ci dəqiqədə vurduğu qol “Skenderbeu”ya qələbə qazandırıb.

Zamiq Əliyev qarşılaşmaya start heyətində çıxıb və 90 dəqiqə oynayıb.

Məğlubiyyətə baxmayaraq, “Eqnatiya” 27 xalla turnir cədvəlində liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 18:10 Çək və bizə göndər!