Qış fasiləsi ərəfəsində “Zirə”nin işləri istədiyi kimi getmədi.
Səfərdə “Şamaxı”ya boyun əyən “qartallar”, “Qarabağ” və “İmişli” ilə bərabərə qaldı.
Bu, 3 oyunda mümkün 9 xaldan 7-sinin itirilməsi demək idi.
Baş məşqçi Rəşad Sadıqov sonuncu mətbuat konfransında açıq danışaraq hücumçu sarıdan korluq çəkdiyini deyib, vurğunu əsas nöqtəyə vurdu.
Davit Volkovun zədədən əziyyət çəkməsi, 43 yaşlı çalışdırıcının ixtiyarında alternativ variantın olmaması vəziyyəti çətinə salıb.
Komandanın ruandalı müafiəçisi Sportinfo.az-a açıqlamasında baş məşqçinin sözlərini təsdiqləyib:
“Zirə”nin bəlli oyun modeli var. Bəzən oyun elə qurulur ki, faktiki hücumçuya ehtiyac olmur. Lakin bir çox qarşılaşmalarda forvardsız çətinlik çəkirik.
Top rəqibin cərimə meydançasına qədər gedir, topu rəqib qapısına göndərməklə bağlı müəyyən problemlər yaranır. Hər bir komandada hücumçuya ehtiyac var”.
“Zirə” 16 oyunda rəqib qapılarından 23 top keçirib ki, bu göstəricidə ilk “6-lıq”dakı komandalardan yalnız “Turan Tovuz”u qabaqlayır (19 qol).
HƏBİB

