İki ayın maaşını al, ayrılıq sənədinə qol çək - Ondan istənildi

17:00 Zirə 322
İki ayın maaşını al, ayrılıq sənədinə qol çək - Ondan istənildi

Ukraynanın gənclər yığmasının sabiq yarımmüdafiəçisi Eldar Quliyev yeni klub axtarışına çıxıb.

“Zirə“ 2023-cü ildən onun formasını geyinən legionerə müqaviləni qarşılıqlı razılıq əsasında pozmağı təklif edib.

23 yaşlı orta sahə oyunçusu getmək istəyərsə, qarşıdakı 2 ayın pulunu alacaq.

O, menecerlər vasitəsilə üçüncü ölkəyə getmək istəyir. Hazırda Ukraynada müharibə getdiyindən,

Quliyev doğulduğu ölkəyə qayıtmaq fikrində deyil. Polşa, Rumıniya, Kipr və Moldovadan olan bir neçə komandayla danışıqlar aparır.

“Şaxtyor”un (Donetsk) yetirməsi ölkəmizdə legioner kimi çıxış edir. Atasının azərbaycanlı olmasına baxmayaraq, Eldar bizim pasportu almaqdan ötrü müraciət etmək təklifini geri çevirib.

Daha öncə “Mariopol” və “Minay”da tər tökmüş yarımmüdafiəçinin ”Zirə” ilə kontraktının 2026-cı ilin iyununda bitəcəyini xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti